Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:09

Vətəndaş cəmiyyəti təşkilatları vahid siyasi məhbus sənədini təqdim ediblər


Rəsul Cəfərov

Rəsul Cəfərov

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları iyunun 24-də Avropa Şurası Parlament Assembleyasının (AŞPA) sessiyası zamanı yerli və beynəlxalq təşkilatlara vahid siyasi məhbus sənədi təqdim ediblər.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov məlumat verib.

Sənəd siyasi məhbusların siyahısını və hər bir məhbusun işi üzrə ətraflı məlumatı özündə əks etdirir.

Məlumata görə, sənəd Avropa Şurası Parlament Assembleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında hazırlanıb.

Vətəndaş cəmiyyəti təşkilatları hökumətin götürdüyü beynəlxalq öhdəliklər çərçivəsində məsələnin həllinə nail olmaq üçün maraqlanan bütün tərəflərlə sənədin müzakirəsinə hazır olduqlarını bildirirlər.

Sənədi Azərbaycanda insan hüquqlarının müdafiəsi və xüsusilə siyasi motivlərlə həbs edilən şəxslərin işləri üzrə araşdırma və ictimai vəkillik kampaniyası aparan 11 təşkilat dəstəkləyir.

Hazırlanan siyahıda 81 nəfərin məhbusun adı var.

Hökumət isə Azərbaycanda siyasi məhbusların olmasını inkar edirlər. Bildirilir ki, hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdikləri şəxslər siyasi fəaliyyətinə görə deyil, konkret cinayət əməlinə həbs olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG