Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:16

Həsən Hüseynlinin növbəti məhkəmə prosesi keçirilib


QHT rəhbəri Həsən Hüseynli

QHT rəhbəri Həsən Hüseynli

İyunun 24-də Gəncə şəhər Nizami rayon Məhkəməsində yerli QHT rəhbəri Həsən Hüseynlinin növbəti məhkəmə prosesi keçirilib.

AzadlıqRadiosunun prosesi izləyən əməkdaşı xəbərə verir ki, məhkəmədə istintaqın nəticələri açıqlanıb. Nəticələrə görə, zərərçəkən Arzu Qəhrəmanovun həqiqətən də martın 31-də bıçaq yarası aldığı sübut olunub. Digər nəticəyə görə Həsən Hüseynilin gödəkçəsi ilə zərərçəkənin bıçaqlanmış üst geyimində uyğunluq müəyyən olunub.

Buna etiraz edən Həsən Hüseynli nəticələri sübut üçün yetərli saymayıb. O deyib ki, bıçaqdakı əl izləri ilə bağlı heç bir motiv yoxdur. Hakim isə bildirib ki, əl izləri bıçaqda tam müəyyən edilmədiyinə görə, bunun kimə aid olduğu sübut olunmayıb.

Növbəti proses iyulun 4-ə təyin olunub.

«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin direktoru, fizik Həsən Hüseynli xuliqanlıqda ittiham edilir. QHT rəhbəri belə ittihamla üzləşməsinin səbəbini ictimai fəaliyyəti ilə bağlayır.

«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzi gənclərin ictimai fəallığının, liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG