Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:01

Bakı İstintaq Təcridxanasında saxlanılan Pərviz Həşimli cərimə kamerasına salınıb.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil deyir ki, jurnalist mətbuata müsahibə verdiyi üçün cəzalandırılıb.

Penitensiar Xidmətin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirdilər ki, Elçin Sadıqovun mətbuata verdiyi məlumat həqiqəti əks etdirmir.

«İstintaq təcridxanasında olduğu müddətdə Pərviz Həşimli dəfələrlə daxili intizam qaydalarını pozub, bununla bağlı ona «xəbərdarlıq» və «töhmət» elan olunub. Buna baxmayaraq, təqsirləndirilən şəxs P.Həşimli növbəti dəfə daxili intizam qaydalarına, vəzifəsini icra edən müəssisə əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığına görə barəsində tənbeh tədbiri seçilib».

Vəkil deyir ki, bundan əvvəlki xəbərdarlıqlar və töhmətlər də Pərviz Həşimlinin yazılarına görə olub.

Pərviz Həşimli bu il mayın 15-də 8 il müddətinə azadlıqdan məhrum edilib. O, silah alverində təqsirli bilinib. Müdafiə tərəfi ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG