Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:15

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Azərbaycanın, «İnter» və «Qəbələ» klublarının I təsnifat mərhələsindəki rəqibləri məlum olub:

«Elfsborq» (İsveç) – «Tiraspol» (Moldova) / «İnter» (Azərbaycan)

«Mlada Boleslav» (Çexiya) – «Qəbələ» (Azərbaycan) / «Şiroki Briyeq» (Bosniya və Herseqovina)

İlkin təsnifat mərhələsinin oyunları iyulun 3-də və 10-da, ikinci mərhələnin qarşılaşmaları isə iyulun 17-də və 24-də olacaq.

Bakının «Neftçi» komandası isə II təsnifat mərhələsində «Koper» (Sloveniya) – «Çelik» (Monteneqro) oyununun qalibi ilə qarşılaşacaq.

Azərbaycan çempionu «Qarabağ»ın isə Çempionlar Liqasında rəqibi Maltanın «Valletta» komandası ilə olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG