Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:42

Livan təhlükəsizlik rəsmiləri deyir ki, iyunun 23-də Beyrutun cənubunda intiharçı avtomobil partladıb, özü ölüb, yaxınlıqdakı kafeyə ziyan dəyib.

Şahidlərin sözlərinə görə, gecə yarısından öncə baş verən partlayışda bir neçə nəfər də yaralanıb. Onlar kafedə Dünya Futbol Çempionatına baxırmışlar.

Partlayış şiə məhəlləsində baş verib. Burada əsasən Amal şiə qrupunun tərəfdarları yaşayır.

Suriyada vətəndaş müharibəsi başlayandan qonşu Livanda zorakılıq artıb. Suriyada əsasən sünni yaraqlılar Prezident Bashar al-Assad qüvvələrinə qarşı vuruşur.

Günün bütün mövzuları

XS
SM
MD
LG