Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:37

Rusiya prezidenti Vladimir Putin iyunun 24-də Vyanaya səfərində Avstriya liderləri ilə Cənub Axını qaz kəmərini və Ukrayna böhranını müzakirə edəcək.

Putin ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didier Burkhalter ilə görüşəcək. Avstriya paytaxtında ATƏT-in illik təhlükəsizlik konfransı keçirilir.

Putinin köməkçisi Yury Ushakov deyib ki, o, Qazprom və OMV enerji şirkəti arasında səhmdar müqaviləsinin imzalanması mərasiminə qatılacaq.

Ushakov deyib ki, Putin Avstriyanın kəmərə dəstəyini qazanmağa çalışacaq. Bolqarıstan bu ayın əvvəlində AB-nin təzyiqi altında kəmər üzərində işi dayandırıb.

Avropa Komissiyası 28 üzvünü Kremlin layihəyə görə təzyiqinə duruş gətirməyə çağırıb. Qazpromun imzaladığı kontraktların blokun rəqabət qaydalarını pozduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG