Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:33
-
BU YOL BAĞLI OLACAQ

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.

«Qafqazinfo» NİİM-in səhifəsinə istinadən xəbər verir ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Heydər Əliyev prospektinin Hava limanı yol qovşağından Böyükşor yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə (Hava Limanı yol qovşağından Suraxanı yol qovşağına qədər və Sabunçu yol qovşağından Böyükşor yol qovşağına qədər qismən, Suraxanı yol qovşağından Sabunçu yol qovşağına qədər tam ) məhdudlaşdırılacaq.

FERMERLƏR YIĞDIĞI TAXILI SATA BİLMİR

«Yeni Müsavat» yazır ki, Azərbaycanda bəzi hallarda fermerlər istehsal etdiyi məhsulları sata bilmir. Bir çox hallarda isə istehsal olunan məhsullar ya maya dəyərindən aşağı satılır, ya da təyinatı üzrə istifadə olunmur. Azərbaycanda hər il orta hesabla 1 milyon 600 min ton ərzaq buğdası istehsal olunub. Bunun qarşılığında ölkəyə 1 milyon ton taxıl idxal olunur.

Bu il 2 milyon tona yaxın taxıl yığılması gözlənilir. Biçinin başa çatmasına çox az qalsa da, fermerlər məsullarını realizə edə bilmir. Belə halda sahibkar istehsal etdiyi məhsulu sata bilmir və ərzaq buğdasından heyvan yemi kimi istifadə etməyə məcbur olur. Ancaq normalda fermer qabaqcadan istehsal edəcəyi məhsulun alıcısı olacağına əmin olmalıdır.

DÜNYA XARİCİ QHT-LƏRƏ HÜCUMU NECƏ QARŞILAYACAQ?

Nazirlər Kabineti «Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları»nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Ədliyyə Nazirliyi ilə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin bağlanması şərtlərini əhatə edir. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, xarici QHT-lərin qeydiyyatının sərtləşdirilməsinin günahkarı, müəyyən mənada həmin ölkələrin özləridir:

«Beynəlxalq təşkilatlar bu dəyişikliyə münasibət bildirməlidir. İlk olaraq bu proses yerli QHT-lərə qarşı baş verdi və bu sektorun sıxışdırılması bugün də davam edir. Azərbaycanda qanunlar sərtləşəndə, vətəndaş cəmiyyəti sıradan çıxarılanda, xüsusi cəzalar tətbiq ediləndə, həbslər olanda, beynəlxalq aləm buna kəskin reaksiya verməli idi. Vaxtında müdafiəni yaxşı qursaydılar, ciddi reaksiya versəydilər, bugün eyni aqibətlə qarşılaşmazdılar. Ona görə də bugün sərtləşdirilən qanunlar, həm də demokratik dünyanın sayəsində baş verir».

METRO: 4 STANSİYADA İŞ GEDİR

Metronun «Memar Əcəmi-2» və «Avtovağzal» stansiyaları bu ilin sonuna kimi təhvil veriləcək. «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətindən «Media forum» saytına verilən məlumata görə, bənövşəyi xətt üzrə 4 stansiyada tikinti işləri davam edir:

«Hazırda «Memar Əcəmi-2» və «Avtovağzal» stansiyalarında qızğın iş gedir. İlin sonuna kimi hər iki stansiyada tikinti işlərinin yekunlaşması planlaşdırılır. Bənövşəyi xəttin davamı olaraq «Papanin» zonasında, Tbilisi prospektinə yaxın ərazidə daha iki stansiya tikilir. Hər iki stansiyada görüləsi xeyli iş var».

Mətbuat xidmətindən bildiriblər ki, yay mövsümündə metroda təmir işlərinə üstünlük veriləcək:

«Həm metro xətlərində, həm də vaqonlarda lazımi işlərin görülməsi planlaşdırılır. Qış vaxtında gün ərzində 700 minə yaxın sərnişin metrodan istifadə edirdisə, hazırda bu rəqəm 400-450 mindir. Buna görə xətdə olan qatarların sayı azaldılıb. Qışda 30 cüt qatar xətdə buraxırdıq, indi 24 cüt qatara endirmişik. Qatarların intervallarında da artma olub: 4-6 dəqiqə intervalla hərəkət edirlər. İnsanların gur olduğu saatlarda isə intervallarda hər hansı dəyişiklik yoxdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG