Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29

ABŞ səfiri ictimai fəalları qəbul edib


ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar


ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanda insan alveri ilə mübarizə aparan ictimai fəalları, hökumət rəsmilərini qəbul edib.

İyunun 24-də baş tutan görüşdə insan alveri ilə mübarizədə ABŞ-Azərbaycan əməkdaşlığından söz açılıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən AzadlıqRadiosuna verilən məlumata görə, Riçard Morninqstar deyib ki, «insan alverçilərinə qarşı böyük miqyaslı müştərək cəza kampaniyaları insan alverinə qarşı mübarizə aparmağın ən səmərəli» yoludur.

Səfir qeyd edib ki, ABŞ cinsi istismar və məcburi əməyə qarşı mübarizə aparmaq üçün Azərbaycanla birgə işləməyə sadiqdir:

«Müasir dövrün köləliyinə son qoymaq və beləliklə ölkədəki kişi, qadın və uşaqların ləyaqətini təmin etmək üçün birgə işləməliyik.»

Günün bütün mövzuları

XS
SM
MD
LG