Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:21

SMDT AŞPA-nın prezidentinə müraciət edib


Bəşir Süleymanlı və Anar Məmmədli

Bəşir Süleymanlı və Anar Məmmədli

-
İyunun 20-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa Şurasının Nazirlər Komitəsinə, Avropa Şurası Parlament Assambleyasının prezidentinə və vitse prezidentlərə müraciət edib.

Müraciətdə bildirilib ki, yerli seçki müşahidəçilərinin fəaliyyətinə əngəllər yaradılıb, SMDT-yə qarşı təzyiqlər edilib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşkilatı dövlət qeydiyyatına almaqdan imtina edib.

SMDT-nin rəhbəri Anar Məmmədliyə və mərkəzin icraçı direktoru Bəşir Süleymanlıya qarşı başlanan cinayət işləri, həmçinin onlar barəsində çıxarılan məhkəmə hökmü haqda da məlumat qeyd edilib. Müraciətdə vurğulanıb ki, Azərbaycan hökuməti Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməli, xüsusilə də sərbəst toplaşmaq, birləşmək və ifadə azadlıqlarının yerinə yetirilməsinə imkan yaratmalıdır.

SMDT Avropada Seçki Monitorinqi Təşkilatları Şəbəkəsi, Demokratik Seçkilər üzrə Avropa Platforması, Parlamentin Monitorinqi Təşkilatları Şəbəkəsi və AB Şərq Tərəfdaşlıq ölkələri Vətəndaş Cəmiyyəti Forumunun üzvüdür.

Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə SMDT-nin rəhbəri Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq müdafiəçilərinin fikrincə, onların təqib olunmasının əsl səbəbi 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərinin saxtalaşdırılması haqda rəy vermələridir.
XS
SM
MD
LG