Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:18

İyunun 24-də NATO-nun xarici işlər nazirləri toplaşaraq İraq böhranını müzakirə edəcək. ABŞ-ın dövlət katibi John Kerry Brüsseldə keçirilən iki günlük görüşə qatılacaq. O, sünni yaraqlıları ilə mübarizədə Bağdada intensiv dəstək boyun olub.

Kerry iyunun 23-də Bağdada gözlənilməz səfər edib, baş nazir Nuri al-Maliki və İraq liderləri ilə görüşüb. O, Bağdadın Yaşıl Zonasında ABŞ səfirliyində danışıb. Deyib ki, Amerikanın dəstəyi «intensiv və davamlı» olacaq, eyni zamanda siyasi birliyə çağırıb.

İraq və Şam İslam Dövləti yaraqlıları şimaldakı strateji şiə şəhəri ilan Tal Afarı tutublar. İŞİD-in Baiji neft zavodunu da tutmasına dair məlumatlar gəlir.

Yaraqlılar geri çəkiləndən sonra İraqın təhlükəsizlik qüvvələri Suriya ilə sərhəddəki Al-Waleed keçid məntəqəsini yenidən ələ keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG