Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:19

Elmar Məmmədyarov AŞPA-da Dağlıq Qarabağ barədə suala cavab verib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AŞPA-da iyunun 23-dəki çıxışından sonra Dağlıq Qarabağ münaqişəsi haqda suala cavab verərkən deyib:

“ bu münaqişənin həlli istiqamətində plan artıq mövcuddur. Söhbət beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən gedir. BMT çox mötəbər təşkilatdır, onun qərarlarına hörmətlə yanaşılmalıdır. Yəni, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baza qərarları artıq mövcuddur. 1993-cü ildə qəbul olunmuş bu qərarlar Ermənistana qarşı tələblərin hələ də qüvvədə qaldığını göstərir. Yəni, Ermənistandan Azərbaycan ərazilərindən öz hərbi hissələrini çəkməsi tələb olunur. Hesab edirəm ki, bu qətnamələrin həyata keçirilməsi lazımdır. Çox ümid edirik ki, Avropa Şurası da hər zaman olduğu kimi, ölkələrin ərazi bütövlüyü məsələsində prinsipial mövqeyini qoruyub saxlayacaq. “

Günün bütün mövzuları

XS
SM
MD
LG