Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:21

Əfqanıstanda seçki komissiyasının sədri istefa verdi


Əfqanıstanın seçki komissiyasının rəhbəri istefa verib. İstefaya səbəb prezident seçkisində səslərin sayılmasında namizədlərdən birinin xerinə saxtakarlıq ittihamlarıdır.

Komissiyanın sədri Ziya ul-haqq Amarkhali deyib ki, o, “milli maraqlar naminə istefa verir”. “O, heç kimin təzyiqi ilə istefa vermir”.

Prezident seçkisində namizəd olan Abdullah Abdullah seçki komissiyasını qutuları rəqib namizəd Ashraf Ghaninin xeyrinə seçki vərəqələri ilə doldurmaqda ittiham etdi.

İyunun 22-də Abdullah Abdullah Amarkhalinin səsinin yazıldığı iddia olunan audionu yaydı. Orda Amarkhali qutulara Ghaninin xeyrinə vərəqələr atmaqdan danışırdı.

Amarkhali deyib ki, o, heç vaxt belə danışıq aparmayıb.
Abdullah isə deyib ki, o, seçkinin nəticəsini heç vaxt tanımayacaq. O, BMT-ni səslərin sayılmasına nəzarət etməyə çağırıb.
XS
SM
MD
LG