Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:16

Polşanlın xarici işlər naziri qalmaqallı audionun yayılmasında kriminal qrupu günahlandırır


Polşanın xarici işlər naziri Radek Sikorski deyib ki, təşkil olunmuş kriminal qrup Polşa rəsmilərinin özəl məxfi danışığını yazıb, sızdırmaqla hökumətə hücum edib.

Sikorski bunu iyunun 23-də deyib. Bir gün əvvəl “Wrpost” jurnalı Sikorskinin danışığının mətnini çap edib. Burda vulqar ifadələr işlənir və deyilir ki, Polşanın ABŞ-la təhlükəsizlik alyansı mənasızdır və hətta Polşaya ziyan vurur.

Polşanın baş naziri Tusk qanunsuz olan həmin səs yazısını ölkənin sabitliyini pozmaq cəhdi adlandırıb.

Bundan əvvəl eyni jurnal Polşanın Mərkəzi Bank sədrinin və daxili işlər nazirinin söhbətini yaymışdı. Onlar bankın hakim partiyanın 2015-ci il seçkilərini udmasına necə kömək göstərməsini müzakirə edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG