Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:31

Moskvada Qara Qarayevin xatirə lövhəsi açılıb


Qara Qarayevin xatirə lövhəsinin açılışı

Qara Qarayevin xatirə lövhəsinin açılışı

-
«Xoşbəxtəm ki, müəllimimin yaşadığı evdə onun xatirə lövhəsi məhz mənim səfir işlədiyim bir dövrdə açılır».

Bu sözləri Moskvada Azərbaycan bəstəkarı Qara Qarayevin xatirə lövhəsinin təntənəli açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səsləndirib.

Səfirin dediyinə görə, Qara Qarayev onun musiqi həyatına yol açmış bir bəstəkardır:

«Sovet İttifaqında onun qazanmadığı fəxri ad qalmamışdı. Bununla belə Qara Qarayev həmişə çox ciddi və qayğıkeş bir insan idi. O, bu gün bütün dünyada məşhur olan Azərbaycan bəstəkarlarının bütöv bir nəslini yetişdirmişdir».

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Moskvanın Tryoxprudnı döngəsində bəstəkarın vaxtilə yaşayıb yaratdığı evi bəzəyən xatirə lövhəsinin müəllifləri azərbaycanlı heykəltəraş Hüseyn Haqverdi və arxitektor Peter Kozlov-dur.

Açılış mərasimində Moskva meri Sergei Sobyanin-in təbrik məktubu da oxunub. Məktubda qeyd olunub ki, artıq 36 ildir Moskvada Qara Qarayev adına musiqi məktəbi fəaliyyət göstərir:

«Bu gün Moskvada daha bir görkəmli Azərbaycan bəstəkarının adı əbədiləşdirilmişdir. Bizə çox xoşdur ki, xatirə lövhəsi Moskvanın belə bir tarixi yerində açılır. Azərbaycan ilə Rusiya arasında çoxəsrlik səmərəli münasibətlər mövcuddur. Moskvadakı Azərbaycan diasporu millətlərarası münasibətlərin və dostluq əlaqələrinin inkişaf etdirilməsində bizim böyük tərəfdaşımızdır».

Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev isə açılışda bu fikri səsləndirib:

«Çox istərdik ki, Azərbaycanda dahi rus bəstəkarlarının musiqisinin səsləndirildiyi kimi, Rusiya səhnələrində də Qara Qarayevin və digər Azərbaycan bəstəkarlarının musiqisi daha tez-tez səsləndirilsin».

Görkəmli bəstəkarın oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc Qarayev atasının xatirəsinə göstərilən diqqətə görə ailəsi adından təşəkkür edib.

Açılış mərasiminə Azərbaycandan nümayəndə heyəti qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG