Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:27

Nalbandian: «Minsk qrupu həmsədrlərinin təklifləri Bakının ürəyincə deyil»


Sergei Lavrov və Eduard Nalbandian Yerevanda.
Sergei Lavrov və Eduard Nalbandian Yerevanda.
-
«ATƏT-in Minsk qrupu həmsədrlərinin son vaxtlar irəli sürdükləri təkliflər Bakının ürəyincə deyil».

Bunu iyunun 23-də Ermənistan xarici işlər naziri Eduard Nalbandian rusiyalı həmkarı Sergei Lavrov-la keçirdiyi mətbuat konfransında deyib.

Onun bildirdiyinə görə, Fransa prezidenti François Hollande regiona səfəri zamanı konkret ideya irəli sürüb. O cümlədən, Parisdə Ermənistan və Azərbaycan prezidentləri arasında görüşün təşkilli haqqında təklif səsləndirib: «Ola bilər ki, bu konkretlik Bakının tam ürəyincə deyil».

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, Rusiya böhranın həllini yaxınlaşdıracaq istənilən səyləri dəstəkləyir:

«Fransalı tərəfdaşlarımızın yüksək səviyyədə razılaşdırılmış prinsipləri təcrübi dilə çevirməyə imkan verəcək ideyalarını Rusiya dəstəkləyir».

Lavrov-un fikrincə, istənilən halda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü nə qədər müntəzəm olsa, danışıqlar prosesi o qədər çox dinamik olacaq.
XS
SM
MD
LG