Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:57

Öldürülən hər zabitə görə 1000 dollar - Mətbuat icmalı


rusiyapərəst yaraqlıların silahı
rusiyapərəst yaraqlıların silahı
-
Türkiyənin ən yaxşı müttəfiqi sonda elə kürdlər olacaq.

Polşanın xarici işlər nazirinin səsi yazılan audio qalmaqal yaradıb.

Ukraynanın şərqində vuruşanlar kimlərdir? Nə qədər pul alırlar?

Dünya mediası bu gün nədən yazır?

ANKARA MƏHKƏMƏSİ MOSULDAN DANIŞMAĞI QADAĞAN EDİR

New York Times qəzeti gözlənilməz nəticə çıxarır ki, Türkiyənin ən yaxşı müttəfiqi kürdlərdir.

Qəzet bildirir ki, İraq və Suriya İslam Dövləti təşkilatının yaraqlıları İraqın ikinci ən böyük şəhəri olan Mosulu tutanda burda 100 Türkiyə vətəndaşını da tutub, girov saxladı. Onlar arasında 2 körpə uşaq da var.

Adətən avtoritar olan baş nazir Erdogan hətta tonunu yumşaldaraq Türkiyə mediasına müraciət etdi ki, media bu məsələni səssiz izləsin. 2 gündən sonra isə Ankara məhkəməsi qərar çıxartdı ki, Mosulda baş verənlərdən yazmaq, şərh eləmək, xəbər vermək qadağandır. Məhkəmə öz qərarını belə izah edir ki, verilən xəbərlər girovlara ziyan vura bilər. Məhkəmənin bir izahı da odur ki, bu qərar “dövləti zəiflədən xəbərlərin qarşısını almaq” məqsədi güdür.

Ancaq qəzet yazır ki, türklərin öz dövlətlərinin zəifliyini və təhlükəsizliyini müzakirə etməyə ehtiyacları var. Bu təhkükəsizliyə gəldikdə, qəzetin fikrincə, Türkiyənin illərlə həm daxildəki, həm də xaricdəki kürdlərə, onların siyasi ambisiyalarına paranoyası olub. Ancaq indiki vəziyyətin ironiyası odur ki, Türkiyə getdikcə kürdlərlə barışığa və hətta müttəfiqliyə meyillənir və ola bilsin ki, doğrudan da onların ən yaxşı müttəfiqi elə kürdlər olsun.

NAZİRİN VULQAR İFADƏLƏRİ

New York Times qəzeti yazır ki, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin telefon danışığının yazıldığı iddia olunan audio qalmaqal ayardıb.
Orda Sikorski bildirir ki, ABŞ-la təhlükəsizlik münasibətlərinin heç bir dəyəri yoxdur.
Nazir deyir ki, bu münasbətlər hətta ziyan vurur, çünki yalançı təhlükəsizlik təəssüratı oyadır.

Qəzet yazır ki, bu, nazirin mədəni şəkildə dedikləridir. İki ölkənin münasibətləri haqda həmin audioda nazirin vulqar ifadələri də var.

Bu audio Polşa siyasətçilərtinin toplaşdığı restoranlardan birinin kabinetində yazılıb və paytaxtda çıxan qəzetə ötürülüb. Qalmaqal baş nazir Donald Tuskun sağ-mərkəzçi hökumətini yıxa bilər.

Sikorskinin söhbət etdiyi şəxs Polşanın keçmiş maliyyə naziri Rostovskidir. Bu danışıq ilin əvvəlində olub. Hətta ola bilsin ki, Ukrayna hadisələri qızışandan qabaq yazılıb.

21 İLƏ 244 MİLYON MÜŞTƏRİ

Observer qəzeti yazır: Amazon şirkətinin bossu Jeff Bezos istəyir ki, siz hər bir malı Amazondan alasınız.

İnternet satış şirkəti olan Amazonun 244 milyon müştərisi var.

Bezos 21 il əvvəl biznesə başlayanda onun bir nəfər də olsun müştərisi yox idi.

Ancaq Bezos üçün əsas olan gəlir və mənfəət deyil. Onu yalnız müştərilər maraqlandırır. Bezos öz e-mail ünvanını da elan edib: jeff@amazon.com, bütün müştərilər şəxsən onun özünə e-mail yaza bilər, o da bu e-mailləri lazım olan menecerlərə göndərir. Bu e-maillərə Bezos yalnız bir işarə əlavə edir- o da sual işarəsidir. Menecerlər bir neçə saata məsələni həll edib, Bezosa cavab verirlər.

Amazon Britaniyada keçən il 4,3 milyard funt sterlinq məbləğində mal satıb. Ancaq qəzet yeri gəlmişkən yazır ki, Amazonun ödədiyi vergi bu məbləğdən nədənsə min dəfə azdır – Amazon 4,2 milyon funt sterlinq vergi verib.

Amazonun bazar qiyməti hazırda 147 milyard dollardır. Bunun səhmlərinin 5-də 1-i Bezosdadır. Bu da onu dünyanın ən varlı 20 adamı sırasına salıb.

HƏR ZABİTƏ 1000 DOLLAR

Moscow Times qəzeti yazır ki, Putin Əfqanıstandan dərs alıb. Söhbət Şərqi Ukraynadan gedir.

Qəzet yazır ki, Ukraynada döyüşlər qızışandan sonra rusiyalı bloqqrelər arasında mübahisə gedir: yaraqlılar silahı hardan alır, pulu kim verir? Döyüşən kimlərdir?
Bloqqerlərin çoxu üçün cavab aydındır- pulu da, silahı da Rusiya verir.

Moskva bunu tez-tez dansa da rusiyapərəst yaraqlılar məsələn T-64 tankında gəzir. Bu tankları bir neçə gün əvvəl , NATO-nun məlumatına görə, Rusiya ordusu Ukrayna sərhəddinə yığmışdı.

Döyüşən kimlərdir? Bu suala cavab çətindir.

Ukarynanın şərqində yaşayan rusların çoxu Rusiyaya birləşmək istəsələr də, vuruşmaq istəyən azdır.

Yerli yaraqlı lideri - polkovnik İgor Girkin şikayətlənir ki, “bütün Donetsük regionunda 1000 nəfər tapmaq olmur ki, öz həyatlarını risk altına qoysun.”

Bəs vuruşan kimlərdir? Qəzet yazır ki, kazaklardır, çeçenlərdir və demək olar ki, Rusiyanın hər regionundan gələn könüllülərdir.

Qəzet daha sonra sual verir ki, bu insanlara nə düşüb ki, gəlib, Ukraynada ölməyə hazırdırlar?

Ukraynaın SBU- Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Ukraynada vuruşan xarici muzdluların dəqiq qiymət siyahısı var: onlar hər öldürülən Ukrayna zabitinə görə 1000 dollar alırlar. əsgərə görə - 300 dollar. Onlara həmçinin hər günə görə maaş verirlər.

Qəzet yazır ki, Krımda bütün əməliyyat bir komandanlığa tabe idi. Ukraynanın şərqi isə Əfqanıstana bənzəyir. Burda hər biri müstəqil olan çoxlu dəstələr var. Onlarda 20 nəfərdən 300 nəfərə kimi döyüşçü var. Hər bir komandir müstəqildir.Ancaq onların hamısı ümumi əmri Rusiyadan alır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG