Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:00

İyunun 22-də Qazax istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Orxan Hacıyev xəsarət alıb.

Müdafiə Nazirliyinin məlumatına görə, yaralı hərbçi hospitala yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin konkret harada baş verdiyi açıqlamır.

«Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2014-cü ilin yanvar-may aylarında ölkənin təhlükəsizlik və müdafiə sektorunda itki 38 nəfər təşkil edib. Ötən müddətdə 63 nəfər yaralanıb. 8 nəfər döyüş, 3 nəfər mina partlayışı nəticəsində həlak olub. 27 nəfərin ölümü isə qeyri-döyüş itkisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG