Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:33
-
ABŞ Dövlət katibi John Kerry Bağdada gəlib. O, İraq liderləri ilə ölkənin suverenliyinə təhdidi müzakirə aparacaq.

Kerry İraqa iyunun 23-də çatıb. İŞİD yaraqlıları İraqın qərbində və şimalında böyük əraziləri tutmaqdadır.

Gözlənir ki, Kerry İraq rəhbərliyini bütün qüvvələrin qatıldığı hökumət yaratmağa çağıracaq. Ancaq Vaşinqtondakı rəsmilərin sözlərinə görə, o, İraqın baş nazirini istefaya çağırmayacaq.

İyunun 22-də Qahirədə danışan Kerry deyib ki, Vaşinqton İraq xalqının bütün iraqlıları təmsil etməyə hazır rəhbərlik tapmasını istəyir.

İraq hökumətində əsasən şiə çoxluğu təmsil olunur, sünni müsəlmanlar özlərini təcrid olunmuş sayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG