Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:32

Luqanskda iki hərbçi yaralanıb


Arxiv foto
Arxiv foto
-
Luqanskda bazar ertəsinə keçən gecə separatçılar minomyotdan hərbçilərə atəş açıb. Hadisə Kremennaya yaxınlığında baş verib. İki hərbçi yaralanıb.

«İnformasiya müqaviməti» qrupunun rəhbəri Dmitriy Timchuk facebook-da yazır ki, ötən sutka yaraqlılar hücuma keçiblər, Donetsk və Luqanskın altı rayonunda diversiya həyata keçiriblər.

Timchuk qeyd edir ki, Ukrayna hərbçiləri prezidentin 20 iyun tarixli atəşkəsinə ciddi əməl edir və atəş yalnız separatçıların hücumuna cavab olaraq açılır.

Eyni zamanda «Luqansk xalq respublikasının» mətbuat xidməti bildirir ki, Ukrayna hərbçiləri Luqanskda bir şəhərdə artilleriya atəşini bərpa ediblər.

«Luqansk xalq respublikasının» rəhbərliyindəki mənbələr əmin edirlər ki, bu gün girovlar üçün «amnistiya» elan olunacaq. «Cinayəti» ağır sayılmayanlar buraxılacaq. Bu barədə informator.lg.ua xəbər yayıb. Təyyarəçi Nadejda Savchenkonun da buraxılacağı bildirilir. Öncə yaraqlılar onun buraxılması üçün dörd separatçının azad olunmasını istəyirdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG