Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:24
-
İyunun 22-də axşam erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində Tərtər rayonunun Qapanlı kənd sakini Namiq Əliyev yaralanıb.

Tərtər rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynovun AzadlıqRadiosuna verdiyi məlumata görə, Namiq Əliyev snayperin açdığı atəş nəticəsində yaralanıb. Xəstəxanaya dünən gecə gətirilib.

«Sahədə işləyirmişlər, ot yığırmışlar. Ot yığan vaxt sol baldır nahiyəsindən vurulub. Hazırda vəziyyəti kafidir».

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 64 dəfə pozulub.

Bir neçə gün əvvəl - iyunun 19-da Ermənistan Silahlı Qüvvələri Tovuzun Ermənistanla həmsərhəd olan 3 kəndini - Əlibəyli, Hacallı və Koxanəbi kəndlərini atəşə tutmuşdu.

Atışma zamanı Əlibəyli kənd sakinləri Ənayət Əliyeva, Qaraqız Nağıyeva və onun 5 yaşlı nəvəsi Nurcan Nağıyeva evə atılan iriçaplı güllənin yaratdığı qəlpələrdən yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG