Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:50

Netanyahu ABŞ-ı çağırır ki, İraqda Tehranla işləməsin


İsrailin baş naziri Benjamin Netanyahu

İsrailin baş naziri Benjamin Netanyahu

-
İsrailin baş naziri Benjamin Netanyahu Birləşmiş Ştatları çağırıb ki, İraqda vəziyyəti sabitləşdirmək üçün İranla işləməsin.

Netanyahu iyunun 22-də NBC televiziyasına deyib ki, Birləşmiş Ştatlar həm İranı, həm də İŞİD-in rəhbərlik etdiyi sünni müsəlman yaraqlıları zəiflətməlidir.

ABŞ prezidenti Barack Obama iyunun 19-da deyib ki, İran İraqda konstruktiv rol oynaya bilər, ancaq əgər o, ABŞ-ın İraqda bütün tərəflərə hörmət qoyulmasına dair kursunu dəstəkləsə.

Netanyahu Vaşinqton və digər dövlətlərin noyabrda İranla əldə etdiyi sazişi «tarixi səhv» adlandırıb. Saziş İranın nüvə proqramının məhdudlaşdırılması əvəzində sanksiyaların nisbətən yumşaldılmasını nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG