Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:54

Əfqanıstanda namizəd saxtakarlıq iddialarına dair sübutlar yayıb


Əfqanıstanda prezidentliyə namizəd Abdullah Abdullah

Əfqanıstanda prezidentliyə namizəd Abdullah Abdullah


Əfqanıstanda prezidentliyə namizəd Abdullah Abdullah-ın komandası Müstəqil Seçki Komissiyasının yüksək rütbəli üzvünün saxtakarlıq etməsinə dair səsyazısı yayıb.

Keçmiş xarici işlər naziri Abdullah seçki rəsmilərini iyunun 14-də keçirilən seçkinin nəticəsini saxtalaşdırmaqda ittiham edib. Həmin tarixdə onunla keçmiş maliyyə naziri Ashraf Ghani arasında seçkinin ikinci turu keçirilib.

Abdullah nəticələri tanımayacağını bəyan edib, BMT-ni səslərin sayılmasına nəzarətə çağırıb. Onun komandası iyunun 22-də keçirdiyi mətbuat səsyazılarını yayıb. Söhbətin seçki komissiyasının katibi Zia-ul-Haq Amarkhail və digər üzvləri ilə Ghani-nin komandası arasında apardıldığı bildirilir.

Amarkhail Ghani-nin təmsilçisini əmin edir ki, işçilər seçkini onun xeyrinə dəyişmək üçün istifadə olunacaq. Amarkhail komissiya üzvünün «qutunu boş deyil, dolu gətirməsini» istəyir. Onun bülletenlərin qutuya topa ilə atılmasını nəzərdə tutduğu görünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG