Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:31

Putin Poroshenko-nun atəşkəsini dəstəkləyir, dialoqa çağırır


Vladimir Putin
Vladimir Putin
-
Rusiya televiziyası göstərib ki, prezident Vladimir Putin Ukrayna prezidenti Petro Poroshenko-nun birtərəfli atəşkəsini ehtiyatla dəstəkləyir. Ancaq Putin deyib ki, atəşin dayandırılması «dialoqsuz» mümkün deyil.

Putin onu da söyləyib ki, ötən gecə Ukrayna ərazisindən artilleriya atəşi açılıb, Rusiya torpağına da mərmi düşüb. Ancaq atəşə görə kimin məsuliyyət daşıdığının aydın olmadığını bildirib.

Poroshenko iyunun 21-də deyib ki, bir gün öncə elan etdiyi atəşkəs saxlanmasa, alternativ planı var. Onun sözlərinə görə, atəşkəsin məqsədi Ukraynanın şərqində rusiyayönlü separatçılara silahı yerə qoymağa vaxt verməkdir.

«Ancaq atəşkəsdən yararlanaraq yenidən qruplaşmağa, ümid edənlər bilsinlər ki, bizim B planımız var,» Poroshenko deyib.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG