Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:57

AB belaruslu hüquq müdafiəçisinin azad olunmasını alqışlayır



Avropa Birliyi Belarusdan olan hüquq müdafiəçisi Ales Belyatskonun həbsdən azad olunmasını alqışlayır.

Avropa Birliyinin xarici siyasət komissiyasının rəhbəri Catherine Ashton bugünkü bəyanatında Belarus hökumətinin bu addımının çox vacib olduğunu bildirib.
Ashton digər siyasi məhbusların da azad edilməsini gözlədiklərini bildirib.

Brüssel hesab edir ki, Belarusda siyasi məhbusların azad olunması Avropa Birliyi ilə Belarus arasında münasibətlərin yaxşılaşmasına kömək edə bilər.

Bundan başqa siyasi məhbuslar azad edilərsə, Minskə qarşı tətbiq olunmuş sanksiyalara da baxıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG