Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:24

Azərbaycan Rusiya ilə «bazarlığa» gedir?


Politoloq Vəfa Quluzadə
Politoloq Vəfa Quluzadə
-
«Azadlıq» qəzeti yazır ki, politoloq Vəfa Quluzadə Rusiyanın Qarabağ məsələsində ədalətli mövqe tutmasını mümkünsüz sayır.

«Çünki Azərbaycan torpaqlarının işğalı məhz Rusiyanın rəhbərliyi altında həyata keçirilib». Ekspert Putinlə Əliyevin telefon danışığının Lavrovun səfərinə təsir edəcəyini də real hesab etmir:

«Fərz etmək olar ki, Putin Əliyevə 3 rayonun işğaldan azad olunması əvəzinə Gömrük İttifaqına üzv olmağı təklif edə bilər. Putin deyər razısınızsa, Lavrova göstəriş verərəm ki, ermənilərə bu əmri versin. Lakin 3 rayonun azad olunmasının əvəzində Azərbaycanın Gömrük İttifaqına daxil olması Azərbaycanın öz suverenliyindən imtina etməsinə bərabərdir».

KEÇMİŞ NAZİR VİLLASINDAN DANIŞDI

Bir müddət əvvəl bir sıra media orqanlarında keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun İsmayıllı rayonunun İvanovka kəndindəki dəbdəbəli villasını satışa çıxarması haqda xəbər yayılmışdı.

Bu məsələ ilə bağlı xeberdar.az saytına danışan Füzuli Ələkbərov belə yazıların həqiqətə uyğun olmadığını bildirib:

«Mən niyə öz evimi satım? Balalarım, yaxınlarım o evdə istirahət edirlər, yaşayırlar. Mənim evimi satmağım kimin üçün maraqlıdır ki, bu yazıları yazırlar. Kimsə öz evini, maşınını satarkən mən ona deyirəm, sən niyə öz maşınını, evini satırsan?»

HAKİMİYYƏTİN SENSASİONAL 2015 SSENARİSİ

«Yeni Müsavat» qəzeti yazır ki, 2015-ci ildə Azərbaycanda keçiriləcək parlament seçkilərinə bir ildən çox vaxt qalsa da, artıq həm hakimiyyət daxilində, həm müxalifət düşərgəsində bu seçkilərə hazırlıqlarla bağlı planlar üzərində işlənilir. Eyni zamanda, gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük önəm verən beynəlxalq aləmin bu seçkilərdən bir çox gözləntiləri və hakimiyyətdən konkret tələbləri var.

«Ölkədə hakimiyyətin müxalifəti sıxışdıraraq sıradan çıxarmaq imkanlarının genişlənməsi hər nə qədər demokratik qüvvələrin ziyanınadırsa, bir o qədər də Qərbin maraqlarına uyğun deyil. Buna görə də ABŞ və Avropa dövlətləri Azərbaycanda demokratik prinsiplərə sadiq, Qərbyönümlü, avrointeqrasiya tərəfdarı olan qüvvələrin dirçəlməsində, ölkənin ictimai-siyasi həyatında rolunun artmasında maraqlıdır».

PREZİDENTİN QIZI EMİNİN KONSERTİNDƏ İŞTİRAK EDİB

Bu haqda azvision.az saytı yazır. Saytın məlumatına görə, bu haqda prezidentin digər qızı Arzu Əliyeva facebook səhifəsində yazıb.

A. Əliyeva konsertdən çəkilən fotonu da səhifəsində paylaşıb.

Ötən gün Emin Ağalarovun «Sea Breeze» otelində konserti olub. Gecənin əsas qonağı britaniyalı müğənni Kreyq Devid idi.

TELEVİZİYA KANALLARINA SÖZÜM VAR


«Azərbaycan» qəzetində bu başlıqla dərc olunan məqalədə telekanalların fəaliyyətindən bəhs edilir.

«Elə gün olmur ki, cəbhə xəttində atəşkəs pozulmasın. Amma müharibə şəraitində yaşayan bir ölkənin televiziya kanallarında bu gerçəklik yetərincə hiss olunmur. Şou-biznes aləmindəki qalmaqallar, Avropa «əxlaq»ını yayan, heç bir məna kəsb etməyən yüngül əyləncə xarakterli yarışmalar, SMS oyunu ilə xalqın cibinə girməyi hədəf seçən çoxsaylı müsabiqələr baş alıb gedir.

Bir də görürsən ki, sıradan bir müğənninin evində çəkiliş aparırlar. Saraya bənzəyən möhtəşəm binanın bütün künc-bucağı incəliyinə qədər tamaşaçıya təqdim olunur. Ev sahibi xanım müğənni də düşür aparıcının yanına, həvəslə bələdçilik edir: bu, hovuzdur, bu, son model avtomobildir, bu, mətbəxdir, bu, yataq otağıdır və s. Paltar qarderobuna kimi hər şey ardıcıllıqla göstərilir. Kimin nəyi varsa, halallıqla qazanıbsa, özünə qismət olsun. Amma nəzərə alınmalıdır ki, bu millət süni qalmaqallarla efirdə lövbər salan 5-10 müğənnidən ibarət deyil».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG