Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:15

Nigeriya və Argentina qələbə qazandı


Lionel Messi
Lionel Messi
-
Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

F qrupunda Argentina-İran qarşılaşması Argentinanın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. 90+1 dəqiqədə Messi qələbə qolunu vuraraq komandasının 1/8 finala çıxarıb.

Nigeriya-Bosniya və Herseqovina matçının taleyini də bir qol həll edib. Peter Odemwingie-nin matçın 29-cu dəqiqəsində vurduğu qol Afrika təmsilçisinə qələbə qazandırıb - 1:0.

G qrupunda isə Almaniya Qana ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 2:2. Komandasının bərabərlik qolunu vuran Miroslav Klose Ronaldo-nun mundiallarda 15 qolluq rekordunu yeniləyib.
XS
SM
MD
LG