Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:24

Rüfət Səid AYO-ya qoşuldu


Rüfət Səid (Əhmədzadə)
Rüfət Səid (Əhmədzadə)
-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin qalibi, şair Rüfət Səid (Əhmədzadə) Azad Yazar Ocağına qoşulub.

Bununla bağlı bəyanatını "Oxu zalı"na yollayan gənc yazar bildirir:

"Bütün yazarlar kimi məni də, indi ədəbiyyatımızda sürməkdə olan bu durğunluq vəziyyəti narahat edir. Bunun üçün səylərimi daha da gücləndirməyə qərar vermişəm və davamlı olaraq ədəbiyyatımızda, cəmiyyətimizdə baş verən olaylara ictimai münasibətimi ifadə edən yazılar yazmaqdayam.

Mənim enerjim, planlarım, mövqeyim və hədəflərim var. Buna görə də bundan sonra fəaliyyətimi müstəqil yazarların toplaşdığı Azad Yazarlar Ocağında davam etdirməyə qərar verdim.

Bu qurumdan əsas gözləntilərim şəxsi fikirlərimin hörmətlə qarşılanması, ictimai mövqeyimin təşkilat üzvləri tərəfindən dəstəklənməsi və təşkilati məsələlərdə bərabərhüquqluluq prinsipinə əməl olunmasıdır.

AYO-nun güclənməsi və böyük bir təşkilata çevrilməsi üçün, ən əsas da plüralizmin inkişafı üçün əlimdən gələni edəcəyəm. Digər azad ruhlu qələm dostlarımı da bu istiqamətdə səylərimizi birləşdirməyə dəvət edirəm".

Rüfət Səid "Sən busan" adlı hekayələr və mənsur şeirlər toplusunun, "Adım anonim qalsın" adlı esse və hekayələr kitabının müəllifidir. 2014-cü ildə Kulis.az saytının keçirdiyi "Ən qısa hekayə" müsabiqəsində üçüncü yeri tutub.

Hal-hazırda 28 yaşlı gənc yazar şeir və nəsr yazmaqla yanaşı, tərcüməçi və redaktor kimi də çalışır. Kult.az ədəbiyyat saytının redaktorudur.
XS
SM
MD
LG