Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:18

Tovuz atəş altında


-
İyunun 19-da Ermənistan ordusu Tovuzun Ermənistanla həmsərhəd Əlibəyli, Hacallı və Koxa Nəbi kəndlərini atəşə tutub.

Əlibəyli kənd sakinləri AzadlıqRadiosunun müxbirinə atışmanın təxminən 5 saat sürdüyünü söyləyiblər.

Əlibəyli sakinləri İnayət Əliyeva, Qaraqız Nağıyeva və onun 5 yaşlı nəvəsi Nurcan öz evlərinin önündə qəlpə yarası alıblar. Yaralılar Tovuz rayon mərkəzi xəstəxanasına aparılıblar.

Yaralıların vəziyyəti kafidir. Xəstəxanadan deyiblər ki, yaralıların bədənindəki qəlpələr hələ çıxarılmayıb. Qanaxma dayandırılandan sonra cərrahi əməliyyat aparılacaq.

Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 19-da atəşkəs rejimi bir neçə istiqamətdə 41 dəfə pozulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG