Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:54

ABŞ: «Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara əməl etmir»


Foto: Arxiv

Foto: Arxiv

-
«Azərbaycan insan alverinə - məcburi əməyə və seks trafikinqinə məruz qalmış kişi, qadın və uşaqlar üçün həm mənbə, həm tranzit, həm də mənzil ölkəsi rolunu oynayır».

Bu barədə ABŞ Dövlət Departamentinin 2014-cü il üçün İnsan Alveri Hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, azərbaycanlı kişi və oğlanlar Rusiyada, həmçinin Azərbaycanın özündə məcburi əməyə cəlb olunur. Azərbaycandan olan qızlar və qadınlar həm ölkənin özündə, həm də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Rusiya, İran və İsveçdə cinsi istismara məruz qalırlar.

Bundan başqa, Türkiyədən, habelə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Filippin, Rumıniya, Hindistan və Ukraynadan olan bəzi miqrant işçilər Azərbaycanda qul əməyinə məcbur edilirlər.

QULLARIN «ŞADLIQ EVİ»

Hesabatda deyilir ki, uşaqlar, əsasən də qaraçı ailələrindən olanlar zorla dilənçiliyə, yolkənarı ticarət obyektlərində, çayxanalarda və şadlıq evlərində məcburi istismara məruz qalırlar.

Sənəddə bildirilir ki, xüsusən də Filippindən olan ev qulluqçularının istismarı yeni bir problem kimi ortaya çıxıb.

İnsan alverinə məruz qalan uşaqların əksəriyyəti köçkün ailələrindən, uşaq evlərindən və internatlardan çıxdıqdan sonra evsiz-eşiksiz qalanlardır.

Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara əməl etmir, hərçənd bu sahədə əhəmiyyətli cəhdlər göstərir.

AZƏRBAYCANLI VƏ ƏCNƏBİ QURBANLAR

Qeyd olunur ki, Azərbaycan hesabat dövrü ərzində insan alverinə dair qanunlarına onların beynəlxalq qanunlara uyğunlaşdırılması istiqamətində əlavələr edib. Lakin bununla belə, hökumət məhdud sayda xaricdən olan insan alveri qurbanlarını müəyyənləşdirməklə kifayətlənib. Azərbaycanda yüzlərlə bosniyalını «qul» kimi işlədiblər

Azərbaycanda yüzlərlə bosniyalını «qul» kimi işlədiblər

Məcburi əməyin arxasında durduqları güman edilən şirkətlərlə bağlı ciddi təhqiqat aparmayıb.

Hesabatda bu işin yaxşılaşdırılması üçün Azərbaycana bir sıra tövsiyələr də verilir. Bu tövsiyələrə hüquq-mühafizə orqanlarının daxili trafikinqlə mübarizəsinin gücləndirilməsi, insan alveri ilə məşğul olan fərd və şirkətlərin aşkarlanması və mühakiməsi, bu kimi cinayətlər üçün həbsxana cəzalarının sərtləşdirilməsi daxildir.

Hesabatda bildirilir ki, 2013-cü ildə Azərbaycanda məcburi əmək trafikinqi ilə bağlı 4, seks trafikinqi ilə bağlı 17 iş araşdırılıb. Bu, 2012-ci ildə olduğundan çoxdur. Bu da qeyd olunur ki, məcburi əməklə bağlı iki nəfər mühakimə edilib. Bunlardan biri filippinli ev xidmətçisinin işidir.

KORRUPSİYA MƏMUR BİZNESİNİN KEŞİYİNDƏ

Sənəddə deyilir ki, Azərbaycanda yayılmış sistematik korrupsiya insan alveri ilə mübarizədə səyləri əngəlləyir. Vətəndaş cəmiyyəti qrupları tikinti sektorunda qul əməyinin tətbiqi barədə məlumatları hüquq-mühafizə orqanlarına verməkdən və qüdrətli rəsmi fiqurların qəzəbinə gəlməkdən çəkinirlər.

Hesabatda bu da qeyd olunur ki, Azərbaycan insan alveri qurbanlarının müdafiəsi və onlara dəstək sahəsində müəyyən irəliləyişə nail olub. Lakin qurbanlarla məşğul olan QHT-lərin maliyyələşdirilməsi kafi deyil.

Sənəddə həmçinin göstərilir ki, 2013-cü ildə Türkiyədə 19, BƏƏ-də 16, Rusiyada 15 və İranda bir azərbaycanlı insan alveri qurbanı olub. Foto: Arxiv

Foto: Arxiv



16 YAŞLI ÖZBƏK QIZLARI BAKI KLUBUNDA

Hesabatda Azərbaycana dair maraqlı faktlardan biri də budur ki, 2013-cü ilin məlumatına görə, Bakı klublarından birində fahişəliklə məşğul olan 53 nəfər (47-si qadındır) həbs edilib.

Həbs olunanların əksəriyyəti 16-17 yaşlı özbək qızları olub.

Azərbaycan hökuməti onlar barəsində nə kimi tədbirlərin görüldüyünə dair başqa məlumat verməyib.

ERMƏNİSTANDA VƏZİYYƏT DAHA YAXŞIDIR

İnsan Alveri Hesabatından bəlli olur ki, trafikinqlə mübarizə Azərbaycanın qonşusu Ermənistanda daha qənaətbəxş aparılır.

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan 2-ci qrupa, Ermənistan isə 1-ci qrupa aid edilib. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycandan fərqli olaraq trafikinqin kökünün kəsilməsi üçün minimum standartlara cavab verir.
Hesabat ilində Ermənistanın bütün müvafiq hökumət orqanlarında insan alveri ilə mübarizə sahəsində irəliləyiş əldə edilib.

AZƏRBAYCAN 5, ERMƏNİSTAN 15 NƏFƏRİ MƏHKUM EDİB

Ermənistan hökumətinin QHT-lər, media və yerli partnyorlarla əlaqələri daha yüksək səviyyədədir.

Ermənistan məhkəmələri 2013-cü ildə trafikinqlə bağlı 15 nəfəri məhkum edib, halbuki Azərbaycanda bu rəqəm 5 olub.

Ermənistan insan alveri üçün tranzit ölkə sayılmır, lakin trafikinq üçün mənbə və mənzil rollarını oynayır. Foto: Arxiv

Foto: Arxiv

Erməni kişilər Rusiyada və qismən də Türkiyədə məcburi əməyə cəlb edilirlər.
Erməni qadınlar isə istər ölkədə, istərsə də xaricdə - BƏƏ-də və Türkiyədə cinsi istismarın qurbanı olurlar.

Bununla yanaşı, erməni qadınlar və uşaqlar zorla dilənçiliyə məcbur edilirlər.

AZƏRBAYCANLI QADINLAR GÜRCÜSTANIN SEKS SƏNAYESİNDƏ

Cənubi Qafqazın daha bir ölkəsi - Gürcüstan ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan kimi 2-ci qrupa aid edilib. Gürcüstan da, Azərbaycan kimi, insan alveri üçün həm mənbə, həm tranzit, həm də mənzil ölkədir.

Hesabatda deyilir ki, Gürcüstandan olan qadınlar və qızlar ölkə daxilində, eləcə də Türkiyə, qismən BƏƏ və Rusiyada seks trafikinqinə məruz qalırlar.

Eyni zamanda Azərbaycan, Özbəkistan, Qırğızıstandan olan qızlar da Gürcüstanın kommersiya seks ticarəti sənayesində, xüsusən də Batumi və Qonio kimi kurort şəhərlərində istismar edilirlər.

Ekspertlər bildirirlər ki, onlar saunalarda, striptiz klublarında, kazino və otellərdə çalışırlar.

Hesabata görə, Gürcüstandan olan kişi və qadınların əməyi istər ölkə daxilində, istərsə də xaricdə - Türkiyə, Rusiya, Azərbaycan, Kipr, İtaliya, Qətər və İsveçdə istismar edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG