Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:02

44 il tab gətirmiş palçıqdan ev...


Arxiv fotosu
Arxiv fotosu
“İki maşın daş gətirdilər, həyətin bir tərəfinə töküb getdilər”.

İmişlinin Bərcəvan kənd sakini Ələsgər Fərəcov “Qaynar xətt”ə yaşadığı evin qəzalı vəziyyətə düşməsindən şikayətlənib. Deyir, bu barədə yerli qurumlara məlumat verilib. Hətta yerli icra hakimiyyətinin işçiləri evə baxış keçirib yenisini tikəcəklərini öz üzərlərinə də götürüblər. Ancaq qurumun ailəyə iki maşın mişar daşından başqa köməyi dəyməyib.

"O VAXTDAN GÖZLƏYİRİK DAVAMI GƏLSİN..."

Ələsgər Fərəcov:

“Bu ev 1971-ci ildə çiy kərpiclə palçıqdan tikilib. İllər palçığını yuyub apardıqca qəzalı vəziyyətə düşüb. Keçən il rayon icra hakimiyyətinin başçısının qəbulunda olduq. Nümayəndələrini yolladı, baxış keçirdilər, aktlaşdırdılar, dedilər, həqiqətən də bu ev bir gün başınıza çökəcək, təcili tədbir görülməlidir. Belə danışıldı ki, icra hakimiyyəti lazımi materialları verəcək, evi isə özümüz tikəcəyik. 6-7 ay əvvəl gətirib həyətin o biri başına iki “KAMAZ” daş tökdülər. Biz də evin divarlarını hördük. O vaxtdan gözləyirik ki, davamı gəlsin, ancaq səs-səmir yoxdur”.

Şikayətçinin sözlərinə görə, indi başçının qəbuluna düşə bilmirlər. Başçının bu işlə bağlı tapşırıq verdiyi işçilər isə şikayətçiləri uzaqdan görəndə qaçırlar.

"MALİYYƏ YOXDUR"

İmişli rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, maliyyə imkanları olmadığı üçün ailəni tikinti materialları ilə təmin etmək mümkün deyil. Qurumdan ailəyə yerli bələdiyyəyə müraciət etmələri tövsiyə olunub.

Fərəcovlar ailəsi isə qarşıdan gələn qışı necə keçinəcəklərini bilmirlər:

Şikayətçi:

“Özləri də etiraf edirlər ki, bu palçıq evdə yaşamaq təhlükəlidir. Evin tavanı, döşəmələri çoxdan çürüyüb, demək olar ki, yox vəziyyətindədir”.
XS
SM
MD
LG