Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07
-
Keçən il Fransada xizək sürərkən yıxılıb ağır yaralanan, 174 gün müalicəsi davam edən «Formula 1» in əfsanəvi pilotu Michael Schumacher-dən yeni xəbər var.

Müalicəsi dövründə ondan yaxşı xəbərlər gəlsə də, isveçrəli doktor Erich Riederer bu dəfə xoş olmayan xəbər verib. O deyib ki, Schumacher yataq xəstəsi olacaq:

«Schumacher-in qarşıdakı 3 ay ərzində təkbaşına oturması və 6 ay içində əlil arabasından istifadə edə bilməsi böyük nailiyyət sayılacaq».

Riederer Schumacher-in 6 aydan sonra komadan ayılmasının inanılmaz olduğunu bildirib.

Michael Schumacher Fransada keçən ilin dekabrında xizək sürərkən yıxılmışdı. Başı qayaya dəyəndən sonra ağır yaralanmışdı. İyunun 16-da meneceri Sabine Kehm onun komadan çıxdığını bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG