Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:40

«Magnitsky siyahısı»nın Azərbaycan versiyasının təqdimatı olacaq


Leyla Yunus

Leyla Yunus

-
İyunun 23-də Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Repressiyalara Müqavimət Mərkəzinin ilk «Magnitsky siyahısı»nın Azərbaycan versiyasının təqdimatını keçirəcək.

2012-ci ilin dekabrında ABŞ insan hüquqlarını və qanunun aliliyini pozan şəxslərə qarşı fərdi sanksiyaları nəzərdə tutan «Maqnitsky Aktı» qəbul edib.

Qanuna əsasən, «Hermitage Capital» investisiya fondunun auditoru Sergey Maqnitsky-nin istintaq təcridxanasında öllümündə əli olduğu ehtimal olunan 60 rus məmurundan ibarət «Maqnitsky siyahısı» tərtib edilib. Onların adları açıqlanmır.
Siyahıya adı düşmüş şəxslərə qarşı fərdi sanksiyalar qoyulur, onların ABŞ-a səfərləri qadağan edilir.

Azərbaycanda hakimiyyətin rəqibləri dəfələrlə insan hüquqlarını pozan Azərbaycan məmurları, hakimləri və s. barəsində də «Maqnitsky siyahısı»nın tətbiq edilməsi məsələsini qaldırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG