Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:37

Aleksei Navalny indi rəsm oğurluğunda ittiham olunur


Aleksei Navalny Moskva məhkəməsində
Aleksei Navalny Moskva məhkəməsində
-
Kremlin əsas tənqidçilərindən biri olan və korrupsiyaya qarşı mübarizə aparan bloqqer Aleksei Navalny yeni cinayət işi ilə üz-üzədir.

İyunun 20-də səhər hüquq-mühafizə orqanları onun Moskvadakı mənzilində axtarış aparıblar. Rusiya İstintaq Komitəsi onun mənzilindən küçə sərgisindən oğurlanmış şəklin tapılması haqqında məlumat yayıb.

Kremlə meylli LifeNews saytı yazır ki, şəkli oğurlayan Aleksei Navalny-nın dostu Georgy Alburov-dur.

Navalny-nın vəkili Vadim Kobzev deyir ki, Alburov Rusiya deputatlarının dəbdəbəli evləri barədə məqalələr yazdığına görə hədəfə alınıb. Kobzev onu da deyib ki, Navalny həmin şəkli dostu Alburov-la ad gününə hədiyyə olaraq alıb. Əslində bu əməliyyat Navalny-ya təzyiq etmək üçün növbəti cəhddir.

Polis isə bildirir ki, şəklin müəllifi yerli rəssam Sergei Sotov-dur. Bu rəsm əsəri Vladimir şəhərinin küçələrində nümayiş olunan çoxsaylı rəsm əsərlərindən biri idi.

Bu cinayət işi Aleksei Navalny-ya qarşı çoxsaylı cinayət işlərindən yalnız biridir. 2013-cü ildə o, başqa bir cinayət işi ilə əlaqədar 5 il azadlıqdan məhrum edilib. Ancaq hökmün icrası təxirə salınıb.

38 yaşlı Aleksei Navalny 2011-2012-ci illərdə Rusiya prezidenti Vladimir Putin-ə qarşı kütləvi etiraz aksiyalarının liderlərindən olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG