Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:35

«İsmayıllı məhbusları»nın şikayətinə avqustun 12-də baxılacaq


«İsmayıllı məhbusları»nın məhkəməsi - 3 mart 2014

«İsmayıllı məhbusları»nın məhkəməsi - 3 mart 2014

-
İsmayıllı hadisələri üzrə mühakimə olunanların apellyasiya şikayətinə baxılması avqustun 12-də davam edəcək.

Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib.

Mayın 20-də Şəki Apellyasiya Məhkəməsində iş üzrə ilkin iclas keçirilib. Dinləmələr iyunun 5-ə təyin edilib. Ancaq sonradan hakim dinləmələri qeyri-müəyyən vaxta qədər təxirə salıb.

Vəkil deyir ki, məhkəməni avqustun 12-ə təyin etməklə vaxt qədsən uzadılır:

«Beynəlxalq təşkilatlar 14 «vicdan məhbusu»nun, o cümlədən Tofiq Yaqublunun, İlqar Məmmədovun, 8 nəfər NİDA fəalının azadlığa buraxılmasına təkid edir. Hakimiyyət apellyasiya çəkişmələrinin uzadılmasını istəyir və hökmlərin qanuni qüvvəyə minməməsi bəhanəsi altında əfv üçün hüququ imkanların olmadığını söyləmək istəyir».

2013-cü il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı iğtişaşlarında ittiham olunan 18 nəfərə hökm oxunub.

REAL hərəkatının lideri İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il, digər 8 nəfər isə 8 ilədək azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG