Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:41
“1993-94-cü illərdə Füzulinin Horadiz kəndində yaralanmışam. Bədənimdə 9 qəlpə gəzdirirəm. 20 ildir hər yerə müraciət edirəm, mənə əlillik dərəcəsi təyin etmirlər”.

Astaranın Siyəki ərazisinin Seləkaran kənd sakini Aslan Babayev “Qaynar xətt”ə danışır ki, 20 ildir bədənində gəzdirdiyi qəlpələr ona rahatlıq vermir. Sağlamlığı əlindən gedib, əmək fəaliyyəti ilə məşğul ola bilmir. Hökumətdən umduğu əlillik dərəcəsidir ki, əlil pensiyası alıb özünə dərmanpulu etsin:

"BAŞIMA O QƏDƏR BORC YIĞMIŞAM Kİ..."

“Harada, hansı səbəbdən yaralanmağım barədə Müdafiə Nazirliyinin həkimlərinin qərarı var. Hərbi biletimdə də yazılıb. 40 yaşın içərisindəyəm. 20 ildə o qədər dərman qəbul etmişəm ki, mədəm, içalatım yara vəziyyətindədir. Neçə dəfə dərmanlardan bezib özümü öldürməyə cəhd etmişəm. Dərmanları da borcla alıram. Qohum-qonşudan o qədər borc yığıram ki başıma... İndi də 3 min manat borcum var. Hamısı dərmana görə alınıb”.

Aslan Babayevin mənzil şəraiti də ürəkaçan deyil:

“5 nəfərik, daxmada yaşayırıq. Övladlarımın biri hərbi xidmətdədir, ikisi orta məktəbdə oxuyur. Ailə böyük, daxma darısqal...”

RƏSMİ MÜRACİƏT ETSİN, HƏLL EDƏK...

Aslan Babayevin sözlərinə görə, bu ilin mart ayından ailənin göz dikdiyi ünvanlı sosial yardım da kəsilib:

“Sənədləri çoxdan təqdim etmişəm. Uzun müddət getdim-gəldim, axırda məndən yaxa qurtarmaq üçün dedilər ki, get otur evdə, avqustdan sosial yardımını verərik”.

Astara rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzindən “Qaynar xətt”ə bildiriblər ki, Aslan Babayev heç vaxt rəsmi müraciət etməyib. Əgər sənədlərini Mərkəzə rəsmi şəkildə təqdim etsə araşdırılar və əlillik dərəcəsi təyin edilər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG