Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:14

Ukrayna ordusu Donetskdə Rusiya ilə sərhədə nəzarəti ələ aldığını bildirir


Slavyansk ətrafında döyüşlər davam edir
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Slavyansk ətrafında döyüşlər davam edir

Ukraynanın müdafiə naziri vəzifəsini icra edən Mykhaylo Koval iyunun 20-də parlamentdə deyib ki, Ukrayna ordusu Donbass münaqişə regionunu tamamilə mühasirəyə alarq Rusiya ilə sərhəd zolağına nəzarəti tam bərpa edib.

Qərargah rəisinə istinad edən Koval bildirib ki, məqsədin əldə olunmasında ordu ilə birlikdə Dövlət Sərhəd Xidməti və Milli Qvardiya da iştirak edib.

Ukrayna prezidenti Petro Poroshenko hakimiyyətə gələndə silahlı qüvvələrin ilkin vəzifəsinin Rusiya ilə sərhədə nəzarətin bərpası olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, Rusiyameylli separatçıların tərksilah edilməsi üçün, Rusiya ərazisindən onlara gedən silah, sursat və canlı qüvvə təhcizatının qarşısı alınmalıdır.

Amma hələlik Ukraynaın Müdafiə nazirinin bu məlumatını başqa mənbələrdən təsdiqləmək mümkün olmur. Ukrayna mediasının yazdığına görə Milli Təhlükəsizlik Nazirliyinin nümayəndəsi bildirib ki, hələlik Rusiya ilə sərhədə tam nəzarət oldunduğunu demək çətindir.

Ukraynanın şərq əyalətlərində Rusiya yönlü yaraqlı separatçılar bu ilin yazından inzibati binaları ələ keçirib, hökumət qüvvələrini oradan çıxarıblar. Hazırda həmin regionda anti-terror əməliyyatı aparan Ukrayna silahlı qüvvələri ilə yaraqlı separatçılar arasında qızğın döyüş gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG