Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:19

"İcra nümayəndəsi arayış üçün 100 manat rüşvət istəyir"


Arxiv fotosu
Arxiv fotosu
“Özü 1-ci qrup əlildir. Ayaqları işləmir. Bir qardaşı Qarabağ müharibəsində həlak olub, ana da yataq xəstəsidir. 2 ildir ünvanlı sosial yardım ala bilmir. ərazi nümayəndəliyi ondan arayış üçün 100 manat istəyir”.

Cəlilabadın Vənlik kəndində imkansız bir ailə ünvanlı sosial yardım ala bilmir. Ailənin başçısı Şərafət Əliyev 1-ci qrup əlildir. Heç yerdə işləmir. Azyaşlı övladları və həyat yoldaşı onun cüzi əlillik pensiyasına göz dikib. Üstəlik də əlilin dava-dərman xərcləri. Bunları qaynar xəttə əlilin yaxın qohumu olan Faiq Əliyev danışır.

"DEYİR, 100 MANAT GƏTİR, ARAYIŞ VERİM"

“İki dəfə Cəlilabad prokuroruna yazmışam. üç dəfə baş prokurorluğa zəng vurmuşam. 1 dəfə də prezidentə yazmışam.

“Anası 130 manat pensiya, şəhid oğluna görə də 100 manat yardım alır. Şərafətin öz pensiyası da 67 manatdır. İcra nümayəndəsi qəsdən götürüb ananı da bu adamla eyni ailə təsərrüfatına daxil edir ki, ananın gəliri olduğuna görə bu ailəyə ünvanlı sosial yardım verməsinlər Halbuki, oğul 2006-cı ildən ailə təsərrüfatı kimi anadan ayrılıb. Bu barədə qonşuların imzaladığı akt da var. 2 il əvvələ qədər başqa arayış verirdi, 2 ildir ki, qəsdən arayışı belə verir. Deyir, 100 manat gətir, ananın adını arayışa yazmayım”.

İCRA NÜMAYƏNDƏSİ TƏKZİB EDİR

Vənlik kəndinin icra nümayəndəsi İlkin Niftullayev deyilənlərlə razılaşmayıb, bildirib ki, Şərafət Əliyevlə anası eyni ünvanda qeydiyyatdadılar. Buna görə də ailə tərkibi haqqında arayışda ünvanda yaşayanların hamısını qeyd etmək məzcburiyyətində qalır. O, rüşvət istəməsi barədə deyilənləri də təkzib edib.

Cəlilabad rayon sosial müdafiə mərkəzindən bildiriblər ki, Şərafət Əliyev lazımi sənədləri toplayıb mərkəzə yaxınlaşsın. Mərkəz işçiləri ona ünvanlı sosial yardım təyin olunması üçün əllərindən gələni edəcəklər.
XS
SM
MD
LG