Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:06

Vergilər naziri Xaçmazda qəbul keçirib


Fazil Məmmədov
Fazil Məmmədov
-
İyunun 20-də vergilər naziri Fazil Məmmədov Xaçmazda vətəndaşların qəbulunu keçirib. Vergi ödəyicilərinə xidmət mərkəzində keçirilən görüşə Xaçmaz, Quba, Qusar, Şabran rayonlarından azı 50 vətəndaş gəlib.

Sahibkarlar nazirə əsasən vergilərin hesablanmasında, ödənilməsində, nəzarət kassa aparatlarının tətbiqində, vergi borclarında, vergi nəzarətləri tətbiqlərində qarşılaşdıqları problemlərdən danışıblar. Kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi və başqa məsələlərlə bağlı müraciətlər ediblər.

Fazil Məmmədov sahibkarları dinləyərək qeydlər aparıb. Bəzilərinin müraciətləri nazir tərəfindən nəzarətə götürülüb, bəzi müraciətlərlə bağlı araşdırmalar aparılması üçün vergi işçilərinə tapşırıqlar verilib.

Azı 1 ildir ki, prezidentin tapşırıqlarından sonra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri regionlarda vaxtaşırı vətəndaşların qəbulunu keçirir.
XS
SM
MD
LG