Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:57

Azərbaycana 1 milyon dollar gətirən Gürcüstanlı deputatlar buraxılıb


 Irma Nadirashvili
Irma Nadirashvili
-

“Azərbaycanda olan Gürcüstan deputatlarını buraxıblar”, - bunu Gürcüstanın “İmedi” televiziyasına Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Sharshenidze deyib.

Səfir bildirib ki, “deputatlar saxlanmamışdı və ya həbsə alınmamışdı. 4 saat çəkən daxili təhiqat aparılıb. Sonra onları buraxıblar. Onları ona görə saxlamışdılar ki, üstlərində deklarasiya olunmamış böyük məbləğdə pul olub. Azərbaycan qanunlarına uyğun araşdırma aprılıb. Sonra onları buraxıblar”.

Bundan əvvəl yayılan məlumata görə, Gürcüstan parlamentindən 2 deputatı – İrma Nadirashvili və Zurab Japaridze iyunun 19-da Azərbaycanda saxlanıb. “Exo Kavkaza” saytı “İnterpressNews” saytına istinadla məlumat verirdi ki, deputatlar elektroşok cihazları və külli miqdarda pul keçirmək istəyiblər.

Ancaq Gürcüstanın Azərbaycandakı səfiri Sharshenidze elektroşok cihazlardan xəbəri olmadığını, söhbətin yalnız külli miqdarda puldan getdiyini bildirmişdi.

Səfir deyib ki, “biz pulun miqdarını bilmirilk. Ancaq təxminən 1 milyon dollardır”.

Gürcüstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna deyiblər ki, deputatlar İrma Nadiraşvili və Zurab Caparidze artıq Tbilisidədirlər: "Bakıda onların üstlərini yoxlayıblar. Biz hadisənin təfərrüatları araşdırırıq. Ancaq fakt odur onların üstünü yoxlayıblar”.

Hələlik deputatların Bakıya bu qədər pulu niyə gətirmələri, həmin pulların sonrakı taleyi barədə bir məlumat yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG