Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:01

NİDA-çıların apellyasiya şikayəti üzrə məhkəmələri başlayır


NİDA-çıların məhkəməsi

NİDA-çıların məhkəməsi

-
İyunun 23-də NİDA hərəkatı fəallarının apellyasiya şikayəti üzrə hazırlıq iclası olacaq.

Məhkəmə Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək.

Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil Nemət Kərimli deyib ki, müdafiə tərəfi saxta və siyasi motivli ittihamla həbs edilmiş 8 gəncə bəraət tələb edəcək: «Çünki onlara qarşı heç bir ittiham sübut olunmayıb».

NİDA fəalları Bəxtiyar Quliyev, Şahin Novruzlu, Məmməd Əzizov, Zaur Qurbanlı, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov və İlkin Rüstəmzadə 2013-cü ilin mart-may aylarında həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsi onları 2013-cü il 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, xuliqanlıqda təqsiri bilərək, 6 ildən 8 ilədək azadlıqdan məhrum edib.

Gənclər ittihamları təkzib ediblər və cinayət təqibinin siyasi motivli olduğunu bildiriblər. İyunun əvvəllərində məhkumlardan biri – Bəxtiyar Quliyev təşkilatdan çıxdığını bildirib, prezidentdən əfv istəyərək öz vəkillərindən imtina edib.

«Amnesty International» bütün bu məhkumları «vicdan məhbusu» kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG