Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 23:35

«Evi tikib satırlar, sonra camaatı soyurlar»


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
-
YAP icra katibinin müavini Mübariz Qurbanlı parlamentdə müzakirə zamanı əhalidən yığılan kommunal xərclərinə münasibət bildirib.

O, kommunal xidmətlərə görə əhalidən yığılan məbləğin həddən artıq çox olduğunu bildirib.

«Əsasən də özəl şirkətlərin tikdiyi yeni binalarda bu qiymətlər çox baha olur. Son vaxtlar bizə məktublar gəlir, vətəndaşlar şikayət edirlər ki, onlar ayrı-ayrı şirkətlərdən evlər alıb. Amma kommunal xərclər o qədər yüksəkdir ki, az qala kirayə puluna qədər çıxır. Adamlar deyir kirayədə yaşamaq bundan yaxşıdır. Bu məsələni həll etməliyik, çox ciddi məsələdir».

Ziyad Səmədzadə respublikada mənzil kommunal təsərrüfatında ciddi islahatlar aparılmasının vacibliyini vurğulayıb.

«Bu işlərin hansı səviyyədə olması haqda çoxlu məlumatlar var. Sakinlərin boynuna düşür. Şirkət 5-6 binanın bir idarəedici strukturunu yaradır. Amma onlar da kifayət qədər əsaslı olmayan vergi adı ilə xeyli vəsait toplayırlar. Araşdırma aparmaq lazımdır».

Qüdrət Həsənquliyev də bu sahədə çatışmazlıqlara diqqət çəkib.

«Mən də bu narahatçılığı bölüşürəm. Evi tikib satırlar, sonra da soyğunçuluqla məşğul olurlar. Bəzən hər kv.metr üçün 1 manat alırlar. Tədbirlər görülməlidir. Yüksək rəqəmlərin təyin olunması düzgün deyil. Bakı kəndlərində, qəsəbələrdə, Sovetski, Papanin deyilən ərazilərdə əhalinin sosial baxımdan nisbətən aztəminatlı hissəsi yaşayır. Bunu aşağı salmaq lazımdır».

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə bütün bu halların baş verməsinin səbəbini əhalinin fəallığının az olması ilə əlaqələndirib.

«Xutor və on bənzər ərazilərdə kv.metri 40 qəpik yox, 28 qəpik, mərkəzdə isə 60 qəpik ola bilər. Mənzil məcəlləsinə görə, evlərin xidməti heç kəsə həvalə olunmayıb. O ərazilərdə, evlərdə yaşayan insanlar özləri idarə edəcək qurumu müəyyənləşdirə bilər.

Bizim camaat heç bir ictimai fəallıq göstərmir. Ona görə də tikinti şirkətləri özlərini bu təşəbbüsü ələ alır. Bir az fəal olsalar, həmin şirkətlərin xidmətindən imtina edib, bunu özlərinin yaratdığı ayrı bir quruma həvalə edə bilərlər. Yalnız insanların fəallığına ehtiyac var».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG