Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:19

«Dövlət sirri» qanununa dəyişiklik müzakirəyə çıxarılıb


Parlamentin 1-ci vitse-spikeri Ziyafət Əsgərov

Parlamentin 1-ci vitse-spikeri Ziyafət Əsgərov

-
«Dövlət sirri», «Kəşfiyyat və əks-kəşfiyyat haqqında» qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

Əlavə və dəyişikliklərlə bağlı parlamentin 1-ci vitse-spikeri Ziyafət Əsgərov məlumat verib.

O, hər iki qanuna təklif edilən dəyişikliklərin texniki dəyişiklik olduğunu deyib.

«Bu qanunlara təklif edilən dəyişikliklər texniki məsələlərdir. Bir də dövlət sirri məsələsinin həvalə edildiyi şəxslərin siyahısına dəyişikliklər təklif olunur».

«MƏTBUATA TƏLİMATLAR VERİLMƏLİDİR»

Sabir Rüstəmxanlı dövlət sirri ilə bağlı məsələlərin sərtləşdirilməsinin tərəfdarı olduğunu deyib.

«Bir hadisə baş verir, sabah hamısı mətbuata çıxır. Bizdə senzura ləğv olunub, nə gəldi mətbuata çıxır. Sadəcə bizim mətbuata təlimatlar verilməlidir. Bir də görürsən Azərbaycan haradan neçə tank alıb, neçəyə alıb, Azərbaycan snayperi cəbhədə necə atəş açıb, neçə metrdən atəş açılıb kimi məlumatlar hamısı mətbuatda gedir. Belə olmaz».

Deputat daha sonra mətbuatda rusiyameylli yazıların getməsinə diqqət çəkib:

«İstər çar Rusiyası olsun, istər indiki Rusiya, bu onların Azərbaycana qarşı siyasətində bir dəyişikliyin olması demək deyil. Bizim rusiyameylli yazılarımızı Rusiyada görürüb hesab edirlər ki, bu xalqın bir hissəsi bizim xiffətimizi çəkir, ona görə də onlara təzyiqlər gücləndirilməlidir. Bir sıra yazılarda Azərbaycanın Qərbə inteqrasiyası tənqid olunur..».

Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov isə deyib ki, Azərbaycanın bu məsələdə aydın siyasəti var:

«Sabir müəllim, sizə təşəkkür edirəm. Amma siz də xalq şairi, millət vəkilisiniz, bu hallara qarşı mübarizə aparın, siz də yazın».

«MƏSƏLƏLƏRİ QƏRB-ŞƏRQ-ŞİMAL İSTİQAMƏTLƏRİNƏ BÖLMƏMƏLİYİK»

Deputat Fəzail Ağamalı isə Sabir Rüstəmxanlının ancaq Qərbə inteqrasiya ilə bağlı dediklərinə qatılmayıb:

«Qərbə inteqrasiya şüarı altında başqa ölkələri özümüzə düşmən etməməliyik. Rusiya bizə qarşı necə olub. Bunu bilirik. Amma indi bu ölkənin bizə münasibəti yaxşıdırsa bunun nəyi pisdir. İranla da Azərbaycan arasında son vaxtlar bir istiləşmə var. Görək onlar bunu nə vaxtadək davam etdirəcək. Hesab edirəm ki, məsələləri Qərb-Şərq-Şimal istiqamətlərinə bölməli deyilik, hamı ilə normal münasibətlərimiz olmalıdır».

Müzakirələrin sonunda deputatlar hər iki qanuna təklif olunan dəyişikliklərim lehinə səs veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG