Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:21

Tofiq Yaqublunun da kamerasına siqaret çəkənlər yerləşdirilib


Müsavat başqanının müavini Tofiq Yaqublu
Müsavat başqanının müavini Tofiq Yaqublu
-
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00
Direct-ə keçid

İsmayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini Tofiq Yaqublunun saxlanma şəraiti pisləşdirilib.

Bu haqda AzadlıqRadiosuna Tofiq Yaqublunun qızı Nigar Yaqublu məlumat verib.

Nigar Yaqublu deyir ki, iyunun 20-də səhər atası ilə telefonla danışıb:

«Atamın saxlandığı kamera çox kiçikdir. Kamerada çox adam saxlanılır. Həmin adamlar bütün günü siqaret çəkir. Atam astma xəstəsidir, o dar, isti kamerada nəfəs almaq mümkün deyil. Deyir, dəhşətli vəziyyətdir. Dəfələrlə həbsxana rəhbərliyinə müraciət edib, ancaq onlar məhəl qoymurlar. Əksinə, get-gedə vəziyyəti pisləşdirirlər. Bildirir ki, bu da işgəncənin bir növüdür. Əvvəl belə deyildi, hər dəfə bir şey eləyirlər”.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli deyir ki, belə bir vəziyyət 28 may ərəfəsində də baş vermişdi:

«Həmin ərəfədə siyasi məhbuslara təzyiq olunurdu ki, əfvlə bağlı ərizə yazsınlar. Düzdür, bu haqda Tofiq Yaqubluya heç nə deməmişdilər, ancaq onda da kamerada saxlanma şəraitini pisləşdirilmişdi. Daha sonra isə vəziyyət düzəlmişdi, indi yenidən belə bir vəziyyət yaranıb».

Tofiq Yaqublu Şəki Penitensiar Müəssisəsində saxlanır.

Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirdilər ki, məsələni araşdırıb məlumat verəcəklər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 5 il azadlıqdan məhrum edilib.

Bundan əvvəl REAL Hərəkatının lideri İlqar Məmmədovun kamerasına da siqaret çəkən məhbuslar yerləşdirilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG