Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:12

«Beynəlxalq hüquq – böyük dövlətlər üçün əyləncədir»


Ziyafət Əsgərov

Ziyafət Əsgərov

-
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov NATO PA-nın seminarı ilə bağlı fikirlərini bölüşüb. Vitse-spiker seminarda Azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri açıqlamaqdan ibarət olub:

«Fikrimcə, buna müəyyən qədər nail ola bildik. İkinci məqsəd Azərbaycanın Avroatlantik məkanda əhəmiyyətini vurğulamaqdan ibarət olub və üçüncüsü, dünyada izlənilən münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli barədə idi. Beynəlxalq hüquq çox dərin böhrandadır. Heç onun qapısını döyən də yoxdur. Kimin problemini həll edir?

BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Amma obyektivlik istəyən kimsə ora müraciət etmir. Beynəlxalq hüququ bir sıra dövlətlərin əlində məşğuliyyət, əyləncədir, kiçik dövlətlər üçün məhdudiyyət. Böyük dövlətlər yığışırlar, şərab içirlər, özləri ilə məşğul olurlar, bizə isə deyirlər ki, beynəlxalq hüquq sizin üçün yaradılıb».

Vitse-spikerin dediyinə görə, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza onunla söhbətində ikili standartlar olduğunu təsdiqləyib:

«Deməli biz bu reallıqları nəzərə alıb, işləməliyik. Hər kəs özü öz qayğısına qalmalıdır. Bəli, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Amma özümüzü də gücləndirməliyik. Prezident, dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG