Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:44

İkinci Dünya Müharibəsindən sonra münaqişələr və böhranlardan qaçanların sayı ilk dəfə olaraq 50 milyonu keçib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı illik hesabatında bildirib ki, 2013-cü ilin sonunadək qaçqınların və öz ölkələri daxilində köçkünə çevrilənlərin sayı 51.2 milyona çatıb. Bu, ötən ildən 6 milyon nəfər çoxdur.

Hesabat iyunun 20-də, Ümumdünya Qaçqın günündə açıqlanıb.

Hesabata görə, təkcə Suriyada vətəndaş müharibəsində 9 milyon nəfər evini məcburən tərk etməli olub.

Dünyanın inkişaf etməkdə olan ölkələri dünya qaçqınlarının 86 faizinə qucaq açıb, hesabatda belə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG