Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:45

Fazil Mustafa: «Gələcəkdə bu Azərbaycan təhsilinə böyük zərbə olacaq»


Fazil Mustafa

Fazil Mustafa

-
Deputat Fazil Mustafa «Araz» kurslarının bağlanmasına etiraz edib

«Bir neçə ildən sonra biz nə qədər səhvə yol verdiyimizin fərqində olacağıq. Kampaniyaçılıq yaxşı şey deyil. 10-la müəllim, şagirdin taleyi necə olacaq. Türkiyənin daxilində baş verənlərin Azərbaycanda bu şəkildə davam etdirilməsi doğru addım deyil. Gələcəkdə bu Azərbaycan təhsilinə böyük zərbə olacaq».

Qüdrət Həsənquliyev «Çağ öyrətim» məktəblərinin bağlanması ilə bağlı deputat həmkarının dedikləri ilə razılaşmadığını bildirib.

«Mən Fazil Mustafanın dediyi fikirlərlə razı deyiləm. Azərbaycanın orta təhsili dövlətin nəzarətində olmalıdır. Bu baxımdan Dövlət Neft Şirkətinin həmin məktəblərin fəaliyyətinin dayandırılması ilə bağlı qərarını alqışlayıram».

«LEYLA YUNUS YENƏ ÖZ ƏMƏLLƏRİNDƏN ÇƏKİNMƏDİ»

Deputat Fəzail Ağamalı cari məsələlərin müzakirəsi zamanı Azərbaycanda keçirilən NATO PA-nın toplantısından danışıb. O deyib ki, bu tədbirin keçirilməsi Azərbaycanı dünyanın siyasi mərkəzinə çevrilməsini göstərdi.

«Azərbaycan bu tədbiri çox yüksək səviyyədə keçirdi. Amma bu tədbirdə ermənilərə xidmət edən Leyla Yunus yenə öz əməllərindən çəkinmədi. Mən hüquq mühafizə orqanlarına müraciət edirəm ki, vergi ilə bağlı Leyla Yunusa qarşı tədbirlərini daha da ciddi şəkildə davam etdirsinlər».

Oqtay Əsədov:

«NATO PA-nın tədbiri doğurdan da çox yüksək səviyyədə keçirildi. Fəzail müəllim, qaldı ki, dediyiniz məsələyə millətin gözü tərəzidir, hər kəsin əməlləri göründü. Bu kimi məsələləri şişirtmək lazım deyil».

Günün bütün mövzuları

XS
SM
MD
LG