Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:54

İyunun 20-də İsrail əsgərləri İordan çayının qərb sahilində 3 israilli yeniyetməni axtaran zaman bir fələstinli yeniyetməni güllələyib. İsrailli yeniyetmələr 8 gün əvvəl itkin düşüb.

15 yaşlı Mohammed Dudin Hebron şəhərinin cənubunda öldürülüb.

İsrail ordusu deyir ki, reyd zamanı əsgərlərə bomba atılıb və onlar atəş açmalı olub.

Ötən gecə İordan çayının qərb sahilində 25 nəfər həbs olunub. Bununla da həbs olunanların sayı 330-a çatıb. 240 nəfəri Hamas islamçı hərəkatındandır.

İsrail Hamas-ı yəhudi qəsəbəsi yaxınlığında 3 tələbəni oğurlamaqda ittiham edib.

Fələstinin prezidenti Mahmud Abbas İsraili bu məsələdən fələstinliləri cəzalandırmaq üçün «bəhanə» kimi yararlanmaqda ittiham edib, bunu beynəlxalq humanitar qanunun pozulması adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG