Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:14

ABŞ konqresmenləri İranda insan haqları pozuntularını pisləyir


Arxiv foto

Arxiv foto


Bir neçə ABŞ konqresmeni İranda dini azlıqların və homoseksualların təqibi və edamı daxil olmaqla insan haqları pozuntularını tənqid edib. İyunun 19-da Konqres alt-komitəsində dinləmə keçirilib. Mövzu Prezidenti Hassan Rohani hakimiyyətə gələndən sonra ölkədə insan haqlarının durumu ilə bağlı olub.

Bu dinləmələr keçirilən həftə İran, Birləşmiş Ştatlar və dünyanın digər gücləri İranın nüvə proqramını müzakirə edir.

«İnsan haqları İranla danışıqlarda arxa plana keçməməlidir,» konqresmen Ted Deutch deyib.

Keçmiş iranlı məhbus daxil olmaqla, dinləmələrdə ifadə verənlər insan haqlarının durumunun yaxşılaşmadığını vurğulayıb. Rohani hakimiyyətə gəlməzdən öncə iranlılara daha çox hüquq və azadlıqlar vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG