Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:59

«Naxçıvan Muxtar Respublikasında əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordusunun tam nəzarəti altındadır və qoşunların təmas xəttində heç bir yerdəyişmə yoxdur. Adı çəkilən məkanda isə «neytral ərazi» anlayışı ümumiyyətlə mövcud deyil».

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəzi KİV-lərdə Ermənistan Ordusunun Naxçıvan ərazisində yüksəkliyi ələ keçirməsi ilə bağlı yayılan xəbərlərə münasibətində deyilir.

Müdafiə Nazirliyi bildirir ki, «yayılan məlumatların heç bir əsası yoxdur və ermənilərin növbəti dezinformasiyasıdır».

Mətbuat xidməti bildirir ki, «yerli elektron KİV-lərdə erməni mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində düşmən tərəfindən yüksəkliklərin guya ələ keçirilməsi ilə bağlı məlumat və fotolar yayılıb. Bildiririk ki, ilk olaraq bu yazı və fotolar erməni mətbuatının Azərbaycana qarışı yalanla zəngin və daim qatı düşmənçiliyi ilə seçilən Levon Məlik-Şahnazaryana məxsus olan saytda yerləşdirilib.

Təhrif olunmuş, yanlış və səhv fikirlərlə dolu məqalə, o cümlədən, qeyri-müəyyən məkanda çəkilərək ona əlavə edilmiş bu fotolar erməni tərəfinin təbliğat xatirinə hazırladığı və daxili auditoriyaya ünvanladığı növbəti uydurmadır», deyə Müdafiə Nazirliyi bildirir.

Mətbuat xidməti təəssüflə qeyd edir ki, əksər erməni informasiya agentliklərinin bu xəbərdən istifadə etmədikləri halda, Azərbaycanın elektron informasiya vasitələri məlumatı tirajlamaqla düşmən təbliğatına şərait yaradır.

«Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq yaratmağa cəhd göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG