Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:45

Di gəl bu çal-çapda...


-

Şakir Xanhüseynli



ŞEİRLƏR



Dİ GƏL...

Di gəl ayağını yorğanına görə uzatma...
Di gəl... hirsini elə ud ki, çəçəməyəsən...
Di gəl ölmüş inamını dirilt...
Di gəl uduza-uduza qələbəyə get...
Di gəl ömür səhifəndə kədəri əngəllə
Di gəl insafı göyə çəkilmişlərin yerdəki işdəcəklərinə göz yum...
Di gəl aza qane ol, ancaq kiminsə çoxunun altında qalma
Di gəl səbrini bas, əsəbini cilovla və toxta...
Di gəl yağışdan çıx, yağmura düşmə
Di gəl ip-sap itən yerdə haqq-hesabdan danış
Di gəl bu çal-çapda, al-qapda, hap-gopda dönməsin başın...
Di gəl “sol məmənin altındakı cəvahir” xarablamasın...


***


Yuxun qarışır,
gecələr sənin üçün əsl sınağa çevrilir -
fikrin yüz yerə gedir,
özün isə bir yerə gedə bilmirsən...
Sanki
küləksiz havada
dəniz kimi sakit həyatın var,
bircə bu axşamlar;
hər dəfə gün batanda canını qaraqayd alır -
yenə say ulduzları,
yenə dağı arana, aranı dağa daşı,
yenə səhər
yatağından arğın-yorğun qalx

bir balaca gərnəş
ürəyini tutaraq...


KƏDƏR...

Kədər - yediyin çörəkdi, ya qəm?
Kədər- “Şuşanın dağları başı dumanlı...”
Kədər - bir duyğudu ki, qəlbə deyər: al, sənə solğun çiçəklər gətirdim...
Kədər - qəmli nəğmələrimizi ayrılıq bəstələyib həsrət nota köçürüb...
Kədər - bir axşam qəribliyi...
Kədər - bir şeirin şimşəyi çaxsın, qarı yağsın; dünya onda halına baxsın...
Küt gedir kündələr, kal düşür meyvələr...
Kədər - iki gözüm iki çeşmə...
Əlacsız gülüşlər, qəhqəhələr
O adamı görürsünüz, dəli deyil e, dərdi başına vurub...
Kədər - “ürəyimdə mələr, mələr acı, şirin xatirələr...”
Kədər - qədərdən gələr...
Kədər - bir şəhərə varid oldum, qəm qarşıladı, dərd yola saldı...
Salam, kədər, ölməmişəm, sağam, kədər...


ÖZÜ...

özü özünə dirsək göstərir
özü öz ayağını basır
özü özündən çəkir
özü özünün canavarı
özü özünə tor hörür
özü özünü xor görür
özü özünü adam bilmir
özü özünü burunlayır
özü özünün oğrusu
özü özünə badalaqdı
özü özünün satqını
özü özünə buynuz çıxarır
özü özüylə əyri sarıyır
özü özünün şeytanı...
Şakir Xanhüseynli
Şakir Xanhüseynli

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG